Yunanıstanda səhra istiləri tüğyan edir


Yunanıstanda təxminən iki həftədir davam edən səhra istilərinin 22 iyul bazar ertəsinə qədər davam edəcəyi açıqlanıb.


Yunanıstan Meteorologiya İdarəsinin dərc etdiyi hesabata görə, ölkə daxilində havanın temperaturu bazar ertəsinə qədər artmağa davam edəcək.

Havanın temperaturunun təkcə gündüzlər deyil, gecələr də mövsüm normalarından yüksək olacağı gözlənilir.

Makedoniya, Trakya, İon adaları, Şimali Egey, Krit adaları, Siklad adaları və Peloponnes yarımadasında temperatur ən yüksək səviyyədə hiss olunacaq.

Bir çox bölgədə havanın temperaturunun 43 dərəcəyə çatacağı gözlənilsə də, səlahiyyətlilər vətəndaşları yanğın riskini artıracaq davranışlardan çəkinməyə və diqqətli olmağa çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu