Polşadan olan könüllü Ukraynada döyüşlərdə həlak olub


Polşadan olan 22 yaşlı könüllü Tomaş Sekala Ukraynadakı müharibədə həlak olub.


AFN.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, onunla vida mərasimi iyulun 20-də Kiyevin Baykovo qəbiristanlığında baş tutub.

Hərbçi Beynəlxalq Ərazi Müdafiəsi Legionu tərkibində döyüşüb. "Sekala 2001-ci il sentyabrın 1-də anadan olub. O, 2023-cü ilin payızında legiona qoşulub. İyulun 13-də Luqansk vilayətinin Severodonetsk rayonunun Dibrova kəndində döyüş meydanında həlak olub", - deyə xəbərdə bildirilir.

Sekalanın Polşada dəfn olunacağı bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu