Ukraynada döyüşən könüllülər Gürcüstanda dindirilməyə çağırılıb


Gürcüstanda Ukrayna uğrunda döyüşlərdə iştirak etmiş ən azı üç könüllü dindirilməyə çağırılıb.


AFN.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" gürcü könüllü Nadim Xmaladzenin feyzbukdakı paylaşımına istinadən məlumat yayıb.

“Mən, Nadim Xmaladze, terrorda və dövlət çevrilişində ittiham olunuram" - deyə o yazıb. Xmaladze daha iki döyüşçünün - Vaja Tsetsadze və Laşa Çiqladzenin dindirilməyə çağırıldığını bildirib. Onlar eyni maddələrlə ittiham olunurlar.

“Mənə tanış olmayan bir nömrə zəng vurdu, salamlaşdı və dedi ki, məni dindirməyə çağırırlar”, - deyə Xmaladze qeyd edib.

Xmaladzenin sözlərinə görə, onlar könüllüləri qorxutmağa çalışırlar.

Daha bir könüllü Laşa Çiqladze artıq dindirilib. Vəkilləri qeyd edir ki, dindirilmə zamanı ondan Ukraynada qalması barədə sual verilib.

Bu günlərdə gürcü könüllü Zurab İaşvili Ukraynanın müdafiəsi uğrunda gedən döyüşlərdə həlak olub. O, yaralanıb və Lvov vilayətində xəstəxanada dünyasını dəyişib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu