Çin və Filippin paslanmış gəminin statusu ilə bağlı razılığa gəliblər


Çin və Filippin Cənubi Çin dənizində, İkinci Tomas Şolun mübahisəli ərazisi yaxınlığında yerləşən paslı Filippin hərbi gəmisi "Sierra Madre"də Manilanın qoşunları rotasiya etdirməsi və lazımi ləvazimatları tədarük etmək imkanları barədə razılığa gəliblər.



Bu barədə Reuters xəbər verib.

“Çin və Filippin Cənubi Çin dənizində sahilə çıxan "Sierra Madre" hərbi gəmisi üçün hərbi rotasiya və təchizat missiyaları ilə bağlı müvəqqəti razılaşmaya nail olublar. İkinci Tomas rifində Filippin missiyalarının təşkili proseduru ilə bağlı təfərrüatlar barədə məlumat verilməyib”, - deyə agentlik yazıb.

Materialın müəllifləri əlavə ediblər ki, bu qərar tərəflər arasında məsləhətləşmələr çərçivəsində açıq və konstruktiv müzakirələr sayəsində mümkün olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu