Zelenskidən Baydenə təşəkkür mesajı


Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Baydenə Ukraynaya verdiyi dəstəyə görə təşəkkür edib və onun prezidentlik yarışından geri çəkilməsinə hörmətlə yanaşdığını bildirib.



Bu barədə Zelenski sosial media hesabında yazıb.

Son illərdə bir çox güclü qərarlar verildiyinə diqqət çəkən Zelenski, bu qərarların Baydenin çətin günlər qarşısında atdığı cəsur addımlar kimi yadda qalacağını qeyd edib.

Zelenski Baydenin prezidentlik yarışından geri çəkilməsini “çətin, lakin güclü qərar” adlandırıb və buna hörmət etdiklərini bildirib.

Liderliyinə görə Baydenə hər zaman minnətdar olacaqlarını vurğulayan Zelenski, Baydenin tarixin ən dramatik anında Ukraynanı dəstəklədiyini qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu