İstanbulda pilotsuz gəmi tapılıb

İstanbul Valiliyi Çatalcada mənşəyi məlum olmayan pilotsuz dəniz vasitəsinin tapıldığını açıqlayıb.
İstanbul valiliyindən verilən açıqlamada, bu gün saat 13:00 radələrində mənşəyi hələ müəyyən edilməmiş pilotsuz dəniz vasitəsinin Yalıköy sahilinə çıxdığı bildirilib:
"Hadisə yeri mühafizə ilə mühasirəyə alınıb, ətrafdakı vətəndaşlar da təhlükəsizlik perimetrindən çıxarılıb. Uzunluğu 3 metr, eni 1 metr olan və Qara dənizin şimalından gəldiyi ehtimal edilən pilotsuz dəniz vasitəsi bölgəyə gələn SAS qrupları tərəfindən mühafizə çəmbərinə alınıb”.
Mənbə: AA