İran xarici siyasət prioritetlərini açıqlayıb


İranın xarici siyasətinin prioriteti qonşu dövlətlər, Afrika və Asiya ölkələri və ona edilən təzyiqlər fonunda Tehranı dəstəkləyən ölkələrlə əlaqələri inkişaf etdirməkdir.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Xameneyi prezident Məsud Pezeşkianın andiçmə mərasimində deyib.

“Avropa ölkələrini prioritet kimi qeyd etməməyimin səbəbi odur ki, bu bir neçə il ərzində bizimlə yaxşı rəftar etmirlər. Sanksiyalar, neft məsələlərində, məsələn, insan haqları ilə bağlı yalan bəyanatlarda pis mövqe tutdular", - deyə o qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu