KİV: F-16-ların Ukraynadakı hərbi əməliyyatların gedişinə təsiri məhdud olacaq


Qərbin Ukraynaya F-16 qırıcıları tədarükü döyüş meydanındakı vəziyyəti dərhal dəyişməyəcək.


AFN.az xəbər verir ki, bu barədə “The New York Times” yazıb. Nəşrin məlumatında qeyd edilir ki, təlim keçmiş pilotların olmaması və məhdud sayda qırıcılar yaxın perspektivdə hərbi əməliyyatların gedişinə təsirini məhdudlaşdıracaq.

"Rusiyanın müdafiə infrastrukturunu, xüsusən də cəbhə bölgələrində gücləndirmək üçün çox vaxtı olub. F-16-lar və onların pilotları həm yerdə, həm də səmada Rusiya hava hücumundan müdafiə sisteminin sərt müqaviməti ilə üzləşəcəklər", - deyən RAND analitik mərkəzinin hərbi eksperti Hunter Stoll nəşrə bildirib ki, Rusiya Federasiyası ərazisində fəaliyyət arzuolunmazdır.

İyulun 10-da Ağ Evin mətbuat xidməti Danimarka, Hollandiya və ABŞ liderlərinin Ukraynaya F-16 qırıcılarının verilməsi planları barədə birgə bəyanat yayıb. ABŞ prezidenti Co Bayden deyib ki, NATO müttəfiqləri ukraynalı pilotların bu ilin yayında F-16-lardan istifadə etməsini təmin etmək üçün çalışırlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu