İngiltərədə bıçaqlı hücum nəticəsində ölən uşaqların sayı 3-ə yüksəldi


İngiltərənin Southport şəhərində bıçaqlı hücumda ölən uşaqların sayı 3-ə yüksəlib.



Mersisayd polisindən verilən açıqlamada dünən Southportda bıçaqlı hücumda yaralanan üçüncü uşağın öldüyü bildirilib.

Açıqlamada "9 yaşlı qız bu gün səhər tezdən xəstəxanada dünyasını dəyişib. Dünən ölən uşaqların 6 və 7 yaşlı qızlar olduğunu təsdiqləyə bilərik". ifadəsi işlədilib.

Açıqlamada bıçaqlı hücumda daha 8 uşağın yaralandığı və onlardan 5-nin vəziyyətinin ağır olduğu, hadisə zamanı yaralanan 2 böyüyün də vəziyyətinin ağır olduğu bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu