11 sentyabr hücumlarını planlaşdıranlar ABŞ hökuməti ilə razılığa gəliblər


11 sentyabr hücumlarının planlaşdırılmasında ittiham olunan və hazırda Quantanamo həbsxanasında saxlanılan 3 nəfər edam cəzası ilə mühakimə olunmaq əvəzinə, ömürlük həbs cəzası müqabilində ittihamları qəbul ediblər.



ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) verdiyi yazılı açıqlamaya görə, Quantanamoda 3 nəfər hərbi prokurorluqla razılığa gəlib.

Pentaqon açıqlamasında 11 sentyabr hücumlarını planlaşdırmaqda ittiham olunan Xalid Şeyx Məhəmməd, Vəlid Bin Attaş və Mustafa Əhməd Əl Havsəvinin hərbi prokurorluqla görüşləri nəticəsində razılığa gəldiyini qeyd edib. Müqavilənin təfərrüatları hələlik ictimaiyyətə açıqlanmayacaq.

New York Times (NYT) qəzeti prokurorluğun 11 sentyabr qurbanlarının iddiaçı ailələrinin yaxınlarına göndərdiyi ifadəyə əsaslanaraq sözügedən adların onlara qarşı ittihamları qəbul etmək müqabilində edam cəzası ilə mühakimə olunmaq əvəzinə ömürlük həbs cəzası almağa razı olduqlarını bildirib.

Xəbərə görə, 2003-cü ildən Quantanamoda saxlanılan 3 nəfər təxminən 27 aylıq danışıqlar nəticəsində hərbi prokurorluqla razılığa gəlib.

Amerika mətbuatında əksini tapan xəbərlərdə 11 sentyabr hücumlarında həyatını itirənlərin ailələrinin açdığı iddiaların davam etdiyi və bu şəxslərin sözügedən razılaşmaya etiraz edə biləcəyi diqqətə çatdırılıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu