Ağ Ev Navalnını ölümündən əvvəl dəyişdirmək planlarından danışıb


Fevralda ölən siyasətçi Aleksey Navalnı Rusiya ilə Qərb ölkələri arasında məhbus mübadiləsində iştirak etməli idi.



Bu barədə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan brifinqdə deyib.

“Tərəfdaşlarımız və mən Aleksey Navalnının da daxil olacağı müqavilə üzərində işləyirdik. Təəssüf ki, dünyasını dəyişdi”, - deyə o bildirib.

Sullivan əlavə edib ki, Navalnının öldüyü gün o, WSJ-nin jurnalisti Evan Qerşkoviçin valideynləri ilə görüşüb və onları əmin edib ki, ABŞ prezidenti Co Bayden mübadilə razılaşmasını həyata keçirmək niyyətindədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu