Alla Puqaçova Rusiyada konsert verməyə hazırlaşmır - köməkçisi


Alla Puqaçova Rusiyada böyük solo konsert verməyi planlaşdırmır.


AFN.az TASS-a istinadən xəbər verir ki, bu barədə onun köməkçisi Yelena Çuprakova bildirib. Köməkçi müğənninin belə planının olmadığını deyib.

Qeyd edək ki, Alla Puqaçovanın ilin sonuna qədər Rusiyada solo konsert vermək istədiyi barədə məlumatlar yayılmışdı. İddialara görə, bu səbəbdən o, avqustun sonunda Rusiyaya gələcək.

2022-ci ilin yazında Puqaçova ailəsi ilə birlikdə Rusiyanı tərk edərək İsrailə gedib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu