İraqda ABŞ bazasına hücum edilib


ABŞ-ın İraqdakı Əl Əsəd hərbi hava bazasına raket hücumu nəticəsində bəzi Amerika əsgərləri yaralanıb.



Amerika mediasında əks olunan və adı açıqlanmayan ABŞ rəsmilərinə əsaslanan xəbərə görə, İraqdakı ABŞ hava bazasına hücum edilib.

Hücumla bağlı ilk qiymətləndirməni edən ABŞ rəsmiləri Əl Əsəd hava bazasına edilən hücumun raket hücumu olduğunu və hücumda bəzi Amerika əsgərlərinin yaralandığını açıqlayıb.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hadisə ilə bağlı hələ rəsmi açıqlama verməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu