İraqda ABŞ hərbi bazasına hücum nəticəsində 5 amerikalı əsgər yaralanıb

Ötən gün İraqdakı ABŞ hərbi hava bazasına raket hücumu nəticəsində 5 Amerika əsgəri və 2 müqaviləli personalın yaralandığı açıqlanıb.
Adları açıqlanmayan ABŞ rəsmiləri Amerika mətbuatına açıqlama verərək, Ayn əl-Əsəd bazasına hücumla bağlı bəzi təfərrüatları paylaşıblar.
ABŞ rəsmiləri 2 raketlə edilən hücumda 5 Amerika əsgəri və 2 müqaviləli personalın yaralandığını, yaralılardan 5-nə dərhal bazada tibbi yardım göstərildiyini, yaralıların hamısının vəziyyətinin yaxşı olduğunu bildirib.
Qeyd edək ki, İraq rəhbərliyi dünən ölkənin qərbindəki Ənbar vilayətindəki Ayn əl-Əsəd bazasına 2 raketlə hücum edildiyini açıqlamışdı.