Nigeriyada 6 nəfər qidadan zəhərlənərək ölüb

Nigeriyanın Kogi əyalətində 6 nəfər qidadan zəhərlənərək ölüb.
Yerli mətbuatın məlumatına görə, Kogi əyalətinin Anyoke rayonunda bir evdə yerli amala yeməyi yeyən insanlar zəhərlənib. Zəhərlənənlərdən 6-sı evində ölüb.
Kogi Dövlət Səhiyyə Müvəkkili AbdulAzzez Adams Adeizanın verdiyi açıqlamaya görə, evdə olan digər 2 nəfər qusma və qarın ağrısı şikayətləri ilə xəstəxanaya müraciət edib.
Adeiza hadisənin araşdırılması üçün sağlamlıq komitəsinin yaradıldığını bildirib. O, zəhərlənmənin səbəbini araşdırmaq məqsədilə müayinə üçün qida nümunələrinin götürüldüyünü vurğulayıb.