Tunis prezidenti ölkənin baş nazirini vəzifəsindən azad edib


Tunis prezidenti Kays Səid baş nazir Əhməd Xaçanini vəzifəsindən azad edib və onun yerinə sosial işlər nazirini təyin edib.


AFN.az "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, prezident ofisinin bəyanatında Haşaninin hansı səbəbdən vəzifəsindən uzaqlaşdırıldığı açıqlanmayıb.

Haşani ötən il avqustun 1-də Səid tərəfindən rəsmi səbəb olmadan işdən çıxarılan Nəclə Boudini əvəzləyib. O, istefasından bir neçə saat əvvəl videomüraciətində bildirib ki, hökumət qlobal çağırışlara baxmayaraq, bir sıra məsələlərdə, o cümlədən ölkənin ərzaq və enerji ehtiyaclarının ödənilməsində irəliləyiş əldə edib.

Haşaninin varisi Kamel Madouri sosial işlər naziri vəzifəsinin icrasına may ayında başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu