"Badam" klinikasının həkimi jurnalistin atasını kor etdi - ŞİKAYƏT+VİDEO


Jurnalist Razi Abbasbəyli "Badam" klinikasında atasının başına gətirilənlərdən danışıb.


AFN.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında videomüraciət paylaşıb. O, bildirir ki, atasının gözündəki problemlə bağlı klinikanın həkimi Günel Ağayevaya müraciət edib.

R.Abbasbəylinin sözlərinə görə, səhv diaqnoz qoyan həkim atasının gözünü əməliyyat edib. Nəticədə problem nəinki aradan qalxmayıb, jurnalistin atası gözünü itirib.

R.Abbasbəyli bunun həkim səhvi ucbatından olduğunu iddia edir. Əlavə müayinələr nəticəsində həqiqətən diaqnozun yanlış qoyulduğu təsdiqlənib.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

P.S. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu