Bosniya və Herseqovinada məktəbə silahlı hücum olub

Bosniya və Herseqovinanın qərbində məktəbə silahlı hücum edilib.
Bosniya və Herseqovinanın Sanski Most şəhərindəki orta məktəbə silahlı basqın nəticəsində aralarında məktəb direktoru və katib də olmaqla 3 nəfər həyatını itirib.
Qeyri-rəsmi məlumata görə, təcavüzkar hücumdan sonra özünə atəş açaraq intihara cəhd edib.
Hücum zamanı bir müəllimin də ağır yaralandığı açıqlanıb.
Mənbə: Reuters