Peskov: Fransa Durova qarşı ittihamları sübut etməlidir
Kremlin sözçüsü Dmitriy Peskov Fransada saxlanılan "Telegram"ın qurucusu və baş direktoru Pavel Durova qarşı ciddi ittihamlar irəli sürüldüyünü bildirərək, "Ona görə də ciddi dəlillər təqdim edilməlidir. Əks halda bu, ünsiyyət azadlığını məhdudlaşdıracaq və böyük bir şirkətin rəhbərinin birbaşa təhdid edilməsi mənasına gələcək" deyib.
Bu barədə Peskov Moskvada jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Durovun Rusiya vətəndaşlığına sahib olduğunu xatırladan Peskov, "Ona lazım olan bütün dəstəyi verməyə hazırıq, lakin Durovun Fransa vətəndaşı olması burada vəziyyəti çətinləşdirir" deyib.
Fransanın Durova qarşı irəli sürdüyü ittihamları dəyərləndirən Peskov deyib:
"İttihamlar çox ciddidir. Ona görə də ciddi sübutlar təqdim edilməlidir. Əks halda, bu, ünsiyyət azadlığını məhdudlaşdırmaq və böyük bir şirkətin rəhbərini birbaşa hədələmək demək olacaq. Deməli, bu, Fransa prezidenti Emmanuel Makronun dünən bu məsələ ilə bağlı danışarkən rədd etdiyi siyasətlə eyni olacaq”.
Mənbə: AA