Borrel: Katzın dedikləri tamamilə qəbuledilməzdir


Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrel İsrailin xarici işlər naziri Yisrael Katzın İordan çayının qərb sahilində fələstinlilərin məcburi köçkün edilməsi ilə bağlı açıqlamasına cavab verib. O, israilli nazirin dediklərini "tamamilə qəbuledilməz" adlandırıb.


Borrel Brüsseldə keçirilən AB Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısından əvvəl jurnalistlərə açıqlama verib.

Qəzzadakı vəziyyətə də toxunan diplomat bildirib ki, hər gün əvvəlki gündən daha dəhşətlidir: "Atəşkəs danışıqları bir gündən digərinə keçir və heç bir nəticə əldə oluna bilmir. Bu arada bombardmanlar davam edir və mülki vətəndaşların itkilərinin sayı artmaqdadır".

Borrel Katzın "Qərbi Şəriyə xalqı Qəzzada olduğu kimi, kütləvi şəkildə məcburi köçkün edilməlidir" ifadəsini "Qəzzadakı insanlara etdiklərini az-çox eyni" kimi qiymətləndirib.

"Bu tamamilə qəbuledilməzdir" deyən siyasətçi, Aİ ölkələrinin xarici işlər nazirlərinin Qəzza və İordan çayının qərb sahilindəki vəziyyətə qarşı "səslərini ucaldacaqlarına" ümid etdiyini bildirib.

Borrel dünən sosial mediada verdiyi açıqlamada İsrailə Qəzzadakı dağıntıları və hücumları İordan çayının qərb sahilinə daşımaması barədə xəbərdarlıq edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu