Qazi jurnalist ermənipərəst namizədi belə dalana dirədi - VİDEO


Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd olan Vəfa Nağı ona ünvanlanan suallara cavab verməkdən yayınıb.


Yenicag.az xəbər verir ki, Birinci Qarabağ müharibəsi qazisi və “Veteninfo.az” saytının baş redaktoru Nahid Canbaxışlı Vəfa Nağının seçicilərlə görüşündə ona gözlənilmz sual ünvanlayıb.

Qazi Vəfa Nağıya vətən üçün canlarından keçənləri nə adlandırdığını soruşub və ondan Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi vahidinin olub-olmamasını dəqiqləşdirməyi istəyib.

Vəfa Nağı isə Birinci Qarabağ müharibəsi qazisinin suallarına cavab verməkdən yayınaraq populist yanaşma sərgiləyib.

Daha ətraflı videoda:



Qeyd edək ki, cəmiyyətə “ictimai fəal” olaraq tanıdılan Vəfa Nağı Vətənin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş şəxsləri “şəhid” adlandırmaqdan yayınıb. O, uydurulmuş toponimlərlə ermənilərin ərazi iddialarını dəstəkləyərək ermənipərəst və Azərbaycana qarşı düşmən mövqe sərgiləyib.



Laçın-Xankəndi yolunda təşkil olunan ekoloji aksiyanı isə Azərbaycanın emrəniləri mühasirəyə alması kimi təqdim edərək ölkəmizi təcavüzkar planda göstərməyə cəhd edib.

Bundan başqa, Azərbaycanın milli dəyərlərinə zidd, mənəvi həyatına yad homoseksuallığın təbliği ilə məşğul olan Vəfa Nağı LGBT bayrağı ilə Tiflisdə üç nəfərlik aksiya keçirərək Azərbaycana qarşı qarayaxma kampaniyası da aparıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu