Deputatlığa namizəd sahibkarın pulunu mənimsəyib?


Səbail rayonunun Badamdar qəsəbəsindəki (“RS servis”) avtoservisdə ofisimi deputatlığa namizəd Ağasif Şakiroğluna icarəyə vermişəm. Lakin o, mənim təmir və kirayə haqqımı vermədi”.


Bu şikayətlə “Qafqazinfo”ya vətəndaş Aqşin Ağazadə müraciət edib.

Onun iddiasına görə, Gələcək Azərbaycan Partiyasının sədri, deputatlığa namizəd Ağasif Şakiroğlu (İbrahimov) sahibkarın 8 min 671 manat məbləğini mənimsəyib: “Ağasif Şakiroğlu avtoservisdə müxtəlif şəxslərin avtomobillərini təmir etdirib pulunu alıb. Təmir işlərini də mənim işçilərim görüb. Hər dəfə müxtəlif bəhanələrlə yayınaraq mənim haqqımı vermir. Məndən başqa şirkətin 10 nəfər işçisi də adıçəkilən şəxsdən şikayətçidir”.

Şikayətçi pulunun qaytarılması üçün çıxış yolunu oradakı maşınları sahiblərinə qaytarmamaqda görüb: “Məcbur qaldım, avtoservisdə təmirdə olan maşınları saxladım, sahiblərinə qaytarmadım. Həmin adamlar və Ağasif məsələ ilə bağlı məni Səbail RPİ-nin 41-ci bölməsinə şikayət etdilər. Polisdən də mənə tapşırıq gəldi ki, dərhal maşınları sahiblərinə qaytarım. Mənə isə dedilər get, məhkəməyə ver”.
Ətraflı

A.Ağazadə həmçinin, qeyd edib ki, məhkəməyə müraciət etməməsinin səbəbi qarşı tərəfin onu hədələməsidir: “Məhkəməyə gedə bilmirəm, çünki Ağasif məni hədələyir. Mənə dedi ki, həyat yoldaşım məhkəmədə işləyir, nəsə edə bilməzsən. Hazırda mənə yüksək məbləğdə ziyan dəyib. Pis vəziyyətdə qalmışam”.

İddiaları aydınlaşdırmaq üçün 8 saylı Binəqədi 1-ci seçki dairəsindən deputatlığını irəli sürmüş Ağasif Şakiroğlu ilə əlaqə saxladıq. O, saytımıza açıqlamasında şikayətçiyə borcu olmadığını bildirib: “Mənim həmin şəxslə heç bir alış-verişim olmayıb. Buna dair şəxsin hər hansı sübutu varsa, hüquqi şəkildə yanaşsın. Borcum varsa, bütün qurumlara müraciət edə bilər. Həmin şəxs mənim dostumla iş görüb, aralarında mübahisə düşüb, mən onları sadəcə barışdırmışam. Sonra mənimlə əlaqə saxlayıb”.

Məlumat üçün bildirək ki, Aqşin Ağazadə məsələ ilə bağlı səs yazılarını da bizə təqdim edib. Şikayətçinin qarşı tərəfə aid olduğunu iddia etdiyi səs yazılarında isə həmin şəxsin borclarını özünün qaytaracağına dair vədləri yer alır.

Səs yazıları ilə bağlı iddiaya isə A.Şakiroğlu cavab olaraq bildirib ki, A.Ağazadə ilə münasibəti sadəcə dostu ilə onu barışdırdıqdan sonra yaranıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu