BMT İsrael Katzın bəyanatını pislədi


Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Ofisinin sözçüsü Ravina Şamdasani İsrailin xarici işlər naziri İsrael Katzın fələstinlilərin İordan çayının qərb sahilində məcburi köçkün edilməsi ilə bağlı bəyanatını şiddətlə qınadıqlarını bildirib.


Şamdasani BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında məsələ ilə bağlı sualı cavablandırıb. Katzın "Qərbi Şəriyə xalqı Qəzzada olduğu kimi, kütləvi şəkildə məcburi köçkün edilməlidir" ifadəsini şiddətlə qınayan Şamdasani, bu açıqlamaların yalnız vəziyyəti gərginləşdirməyə xidmət etdiyini deyib.

BMT sözçüsü bildirib ki, hakimiyyət tərəfindən verilən bu bəyanatlar insan haqlarının pozulmasına da təkan verə bilər.

Şamdasani, İsrailin avqustun 28-də genişmiqyaslı hücumlara başladığı işğal altındakı İordan çayının qərb sahilində baş verənlərdən son dərəcə narahat olduqlarını bildirib və hücumların oradakı fəlakətli vəziyyəti daha da pisləşdirmə riski daşıdığını vurğulayıb.

O, İordan çayının qərb sahilində fələstinlilərə qarşı törədilən qanun pozuntularına görə uzun müddətdir cəzasızlıq vəziyyətinin olduğuna diqqət çəkərək, bu pozuntuların qurbanları üçün məsuliyyət və ədalətin olmadığını vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu