Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin növbəti tranşını Ukraynaya göndərəcək

Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin növbəti tranşını 2025-ci ilin martına qədər Ukraynaya hərbi yardım üçün istifadə edəcək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Cozef Borrell Brüsseldə təşkilatın müdafiə nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
"Mart ayına qədər aktivlərdən əldə edilən gəlirin ikinci tranşı olacaq. Bu, Ukraynanın müdafiə sənayesini gücləndirməyə yönəldiləcək" - deyə diplomat bildirib.
O, xatırladıb ki, 1,5 milyard avroluq birinci tranşın bir hissəsi müdafiə sənayesini gücləndirmək üçün artıq birbaşa Ukraynaya göndərilib.