44 illik qətlin üstü siqaret kötüyünün DNT-si ilə açılıb


1980-ci ildə ABŞ-da törədilən bir qətl hadisə yerindən götürülən, lakin dövrün texnoloji uyğunsuzluğu səbəbindən araşdırıla bilməyən siqaret kötüyü sayəsində 44 il sonra açılıb.


Buddan əldə edilən DNT qatili tapmağa kömək edib.

1980-ci il fevralın 26-da ABŞ-ın Vaşinqton ştatında törədilən qətlin üstü texnologiya sayəsində 44 il sonra açılıb.

Doroti Marie Silzel adlı qadın evində ölü tapıldıqdan sonra o vaxt yerli polis bunun qətl olduğu qənaətinə gəlib. Yarılma hesabatında boğularaq öldüyü bildirilən Dorotinin evinin qarşısında tapılan siqaret kötüyü texnoloji çatışmazlıqlar səbəbilə araşdırıla bilməyib. 2023-cü ildə Miçiqan ştat polisi tərəfindən açılan işdə siqaret kötüyü araşdırılaraq DNT-nin əldə edildiyi bildirilib.

Miçiqan polisinin açıqlamasında deyilir: "Doroti sonuncu dəfə 1980-ci il fevralın 23-də axşam saat 22:00-10:15 arasında Vaşinqtonda yerli pizza restoranında növbəsini bitirdikdən sonra görülüb. Dostlarının və ailə üzvlərinin narahatlığı ilə Dotinin sağlamlığı yoxlanılıb. Hadisə yerinə gələn polislər 26 Fevral 1980-ci il səhəri onu evində ölü tapıblar. Ertəsi gün yarılma aparılıb və ölüm tərzinin cinayət olaraq təyin olunub.

2023-cü ilin sentyabrında detektivlər hazırda Van Buren County Arkanzasda yaşayan mümkün şübhəliləri araşdırmağa başladılar. Daha sonra istintaqa kömək etmək üçün Van Buren Dairəsinin Şerif İdarəsi ilə əlaqə saxladılar. 20 avqust 2024-cü ildə Van Buren dairəsi şerifinin ofisi Klintondan Kennet Kunderti Dorotinin qətli ilə bağlı həbsə aldı. Siqaretdən alınan DNT testi şübhəlilərin siyahısını daraltdı və nəticədə polisi avqustun 20-də Arkanzasda həbs edilən Kennet Kundertə apardı".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu