ABŞ iki Hindistan şirkətinə qarşı sanksiyalar tətbiq edib
Amerika Birləşmiş Ştatları administrasiyası Hindistanın "Gotik Shipping Co" və "Plio Energy Cargo Shipping" şirkətlərinə sanksiya tətbiq edib.
AFN.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
ABŞ Maliyyə Nazirliyinin bəyanatında bildirilir ki, Hindistan şirkətlərinə sanksiya tətbiq edilməsinə səbəb onların "Novatek"in "Arctic LNG 2" layihəsində iştirakıdır.
Maliyyə Nazirliyinin sənədində göstərilir ki, daha iki Palau bayraqlı LNG tankeri də qara siyahıya salınıb.