Konqoda 37 nəfərə ölüm hökmü çıxarılıb - aralarında əcnəbilər də var


Konqo Demokratik Respublikasında (KDR) dövlət çevrilişinə cəhd ittihamı ilə mühakimə olunan ABŞ, Belçika, İngiltərə və Kanada vətəndaşları da daxil olmaqla 37 nəfərin ölüm cəzasına məhkum edilməsinə qərar verilib.


BBC-nin məlumatına görə, DRC prezidenti Feliks Tşisekediyə qarşı dövlət çevrilişinə cəhd ittihamı ilə 51 müttəhimin saxlanıldığı işdə yekun qərar açıqlanıb.

Məhkəmənin hökmü ilə 37 nəfər, o cümlədən ABŞ, Belçika, İngiltərə və Kanada vətəndaşları edam cəzasına məhkum edilib, 14 nəfər isə bəraət qazanaraq azadlığa buraxılıb.

KDC-də 19 mayda dövlət çevrilişinə cəhdin qarşısı təhlükəsizlik qüvvələri tərəfindən alınıb.

Paytaxt Kinşasanın Qoma bölgəsində təhlükəsizlik qüvvələri ilə silahlı şəxslər arasında baş verən qarşıdurmada çevrilişə cəhd edənlərdən bəziləri öldürülüb, 51 nəfər isə hərbi məhkəmədə mühakimə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu