Cənubi Koreya ordusu: Şimal həddi aşarsa sərt tədbirlər görəcəyik


Cənubi Koreya ordusu bildirib ki, Şimal zibil balonları göndərməklə və ya vətəndaşlarına ciddi zərər vurmaqla həddi aşarsa sərt hərbi tədbirlər görəcək.



"Yonhap"ın xəbərinə görə, Şimali Koreyanın dünən sərhəddən təxminən 120 zibil balonu göndərməsindən sonra Cənubi Koreya Baş Qərargahı (JCS) açıqlama verib.

Şimali Koreyanın Cənuba zibil balonları göndərməsini pisləyən bəyanatda bu, qlobal olaraq utanc verici və Cənub daxilində münaqişə yaratmağa yönəlmiş kobud hərəkət kimi qiymətləndirilir.

“Vətəndaşlarımızın təhlükəsizliyinə ciddi təhdid olarsa və ya Şimalın sərhədi keçdiyi qərara alınarsa, ordumuz sərt hərbi tədbirlər görəcək”, - bəyanatda deyilir.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu