Vyetnamda son iki ayda quş qripi səbəbindən zooparklardakı 47 pələng ölüb


Vyetnamın cənubundakı iki böyük zooparkda quş qripi (H5N1 virusu) səbəbindən avqust və sentyabr aylarında 47 pələngin öldüyü bildirilib.



"Vietnam News"un xəbərinə görə, son iki ayda ölkənin cənubundakı iki zooparkda müşahidə edilən quş qripi 47 pələnglə yanaşı, 3 aslan və 1 panteranın ölümünə səbəb olub.

Meşə Mühafizə Birliyinin direktoru Lai Nqoc Dau mətbuata verdiyi açıqlamada Bien Hoa şəhərindəki Vuon Xoai zooparkında 20 pələng və 1 panteranın öldüyünü açıqlayıb.

Səlahiyyətlilər eyni dövrdə Long An rayonundakı My Quynh zooparkında 27 pələng və 3 aslanın öldüyünü bildirib.

Bildirilib ki, ölmüş heyvanların qan nümunələrində quş qripi kimi tanınan H5N1 virusu aşkar edilib.

Səlahiyyətlilər bölgədə vəhşi heyvanların çoxlu ölümünə səbəb olan epidemiyaya nəzarət etmək üçün xəstəliklərə nəzarət mərkəzləri ilə birlikdə çalışdıqlarını bildiriblər.

Asiyada bir əsr əvvəl təxminən 100 min olduğu təxmin edilən pələng sayının əksəriyyəti Hindistanda olan bölgədə 5600-ə düşdüyü təxmin edilir.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu