AK Macarıstana qarşı Aİ məhkəməsində iddia qaldıracaq


Avropa Komissiyası (AK) Macarıstana qarşı Avropa Məhkəməsində suverenliyin qorunması ilə bağlı qanuna görə iddia qaldırmağa qərar verib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə AK-nin bəyanatında deyilir.

“Bu gün Avropa Komissiyası Macarıstanın “Suverenliyin qorunması haqqında” milli qanununun Aİ qanunlarını pozduğunu düşünür və buna görə də onun işini məhkəməyə vermək qərarına gəlib” - deyə sənəddə qeyd edilir. Vurğulanır ki, 2024-cü ilin fevral və may aylarında Macarıstana öz narahatlığını ifadə edən iki rəsmi bildiriş göndərilib. Cavab olaraq, Macarıstan suverenliyin qorunması haqqında qanunun Aİ qanunlarını pozmadığını və qaldırılan narahatlıqların əsassız olduğunu bildirilib: "Macarıstan hakimiyyət orqanlarının cavabını hərtərəfli qiymətləndirdikdən sonra Avropa Komissiyası təsdiqlədi ki, müəyyən edilmiş şikayətlərin əksəriyyəti hələ də həll olunmayıb. Bu şikayətlər Aİ-nin Əsas Hüquqlar Xartiyasında təsbit olunmuş bir neçə fundamental hüquqlara aiddir: şəxsi və ailə həyatı, ifadə və məlumat azadlığı, birləşmək azadlığı, qanuni peşə imtiyazı hüququ, habelə özünü ittiham etməmək hüququnu nəzərdə tutan təqsirsizlik prezumpsiyası. Avropa Komissiyası hesab edir ki, qanun daxili bazarın bir sıra əsas azadlıqlarını, e-ticarət direktivini, xidmətlər direktivini, eləcə də məlumatların qorunması ilə bağlı Aİ qanunvericiliyini pozur".

Macarıstan parlamentinin ötən ilin dekabrında qəbul etdiyi yeni qanun siyasi partiyaların xaricdən maliyyələşdirilməsini cinayət hesab edir və üç ilə qədər həbs cəzasını nəzərdə tutur. Milli suverenliyin qorunması üzrə yeni dövlət departamenti qadağaya əməl olunmasına nəzarət edəcək və mümkün pozuntular haqqında məlumat toplayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu