İsveç xarici işlər naziri parlamentdə pomidor hücumuna məruz qalıb
İsveç xarici işlər naziri Maria Malmer Stenergard İsveç parlamentindəki çıxışından sonra kreslosuna qayıdarkən pomidor hücumuna məruz qalıb.
İsveç xarici işlər naziri Maria Malmer Stenergard dünən İsveç parlamentində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının İsrailin Fələstində müharibəyə bir il içində son qoyulmasını tələb edən qətnaməsi ilə bağlı çıxış etdikdən sonra kreslosuna qayıdarkən pomidor hücumuna məruz qalıb. Hücumdan sonra Stenergard parlamenti qaçaraq tərk edərkən, 3 nəfər də nəzarətə alınıb. Stenergard hücumdan sonra verdiyi açıqlamada, “Bu gün Riksdagda baş verən hadisədən sonra göstərdiyiniz marağa görə təşəkkür edirəm. Üstünüzə bir şey atılmadan parlamentdə müzakirələr apara bilməlisiniz. Bu, demokratik danışıqların əsasıdır" deyib. İsveç baş naziri Ulf Kristersson hadisə ilə bağlı araşdırma aparılmasını və parlamentdə təhlükəsizliyi təmin etmək üçün tədbir görülməsini istədiyini bildirib.
Mənbə: DHA