Rusiyada AHTTSA-nın təmsilçiliyi yaradıldı


Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasında (AHTTSA) qurum sədri Ruslan Quliyevlə Moskva şəhərində fəaliyyət göstərən "Mearaj Travel" şirkətinin baş direktoru və təsisçisi Kamal Əsgərzadə arasında görüş keçirilib.


AFN.az xəbər verir ki, görüş zamanı AHTTSA-nın Rusiya Federasiyası ərazisində təmsilçiliyin elan olunması ilə bağlı memorandum imzalanıb. İmzalanmış memorandum özündə
RF vətəndaşlarının Azərbaycanın sağlamlıq və termal turizm potensialı haqqında məlumatlandırılması, potensial alıcılarla marketinq danışıqlarının aparılması və görüşlərin təyin olunması, xidmətlərin təşviqi ilə bağlı tədbirlərdə iştirakın təmin olunması, yeni alıcıların cəlb olunması istiqamətində satış yönümlü zənglərin yerinə yetirilməsi, partnyorlarla mütəmadi görüşlərin və danışıqların təyin olunması, etibar edən tərəf adından bütün sərgilərdə və konfranslarda iştirak edərək onun şəxsi maraqlarını və xidmətlərini təmin etmək, Azərbaycan turizm potensialının ölkə ərazisində təşviq olunması,
Rusiya Federasiyası ərazisində Azərbaycan sağlamlıq və termal turizmi haqqında reklam xarakterli məlumatların təqdim olunması, alıcıların məlumatlandırılması ilə əlaqəli fəaliyyət və nəticələr barəsində hesabatların təqdim olunması kimi fəaliyyətlərin həyata keçirilməsini ehtiva edir.
Görüş zamanı həmçinin 2025-ci il üçün fəaliyyət planının ilin sonuna qədər təsdiqlənməsi də qərara alınıb.

FƏXRİYYƏ






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu