Ağ Ev İsrailin İrana zərbə endirməsinə dair kəşfiyyat məlumatlarının sızmasından narahatdır


Amerika administrasiyası İsrailin İrana cavab zərbəsi hazırlamaq planlarına dair kəşfiyyat məlumatlarını ehtiva edən məxfi sənədlərin sızmasından dərin narahatdır.


Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi brifinqdə bildirib.

"Biz çox narahatıq. Prezident Bayden hələ də hər hansı məxfi məlumatın ictimaiyyətə sızmasından narahatdır, bu baş verməməlidir", - deyə o bildirib. Kirbi qeyd edib ki, Bayden istintaqın gedişatını fəal şəkildə izləyəcək, həmçinin insidentin nəticələrini yumşaltmaq və təkrar sızmaların qarşısını almaq üçün tədbirləri nəzərdən keçirəcək.

Ağ Ev sözçüsü əlavə edib ki, ABŞ səlahiyyətliləri sızma nəticəsində hər hansı digər məxfi sənədlərin ictimaiyyətə açıqlanmasına dair heç bir əlamət görmürlər. “Hər hansı əlavə sənədlərin ictimailəşəcəyindən şübhələnmək üçün heç bir əsas yoxdur” - deyə o vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu