ABŞ: İsrail özünümüdafiə hüququna uyğun olaraq İrandakı hərbi obyektləri vurur
Ağ Evin Milli Təhlükəsizlik Şurası İsrailin özünümüdafiə hüququna uyğun olaraq İrandakı hərbi obyektləri vurduğunu açıqlayıb.
Bu barədə Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savet açıqlama verib.
İsrailin İrana hücumunun oktyabrın 1-də İranın ballistik raket hücumuna cavab olaraq reallaşdığını bildirən Savet, İsrailin özünümüdafiə hüququna uyğun olaraq İrandakı hərbi hədəfləri vurduğunu qeyd edib.
Savet əlavə məlumat üçün İsrail hökuməti ilə əlaqə saxlamalı olduğunu bildirib.
Mənbə: AA