Mehmet Ali Erbil saxlanıldı, Serdar Ortaç axtarılır
İstanbul Cümhuriyyət Prokurorluğu tərəfindən sosial mediada “qanunsuz mərc oyunlarına təşviq etmə” maddəsi ilə istintaq başladılıb.
AFN.az xəbər verir ki, bu barədə Türkiyənin NTV kanalı məlumat yayıb. Bildirilir verir ki, bir neçə məşhur şəxs də istintaqa cəlb edilib. Belə ki, Türkiyədə tanınmış aparıcı Mehmet Ali Erbil daxil olmaqla 15 nəfər saxlanılıb. Qanunsuz mərc oyunlarının təşkili ilə məşğul olduğu deyilən müğənni Serdar Ortaç isə axtarışdadır.