Türkiyənin keçmiş xarici işlər naziri ATƏT-in yeni baş katibi oldu


Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) yeni baş katibi Türkiyə Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri, Türkiyənin BMT-dəki keçmiş daimi nümayəndəsi Feridun Sinirlioğlu olub.



Bu barədə təşkilatın hazırkı sədri, Maltanın xarici işlər naziri Yan Borq məlumat verib.

“ATƏT-in yeni rəhbərliyini təbrik edirik! Feridun Sinirlioğlu baş katibdir”, - o, X sosial şəbəkəsində yazıb.

Eyni zamanda, Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna Mariya Telalian (Yunanıstan), Kristof Kamp (Hollandiya) ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı, Yan Bratu (Norveç) isə KİV azadlığı üzrə nümayəndə olublar.

ATƏT-in əvvəlki baş katibi 2020-ci ilin dekabrından bu vəzifəni icra edən Helqa Şmidt olub. Onun üç illik səlahiyyət müddəti uzadılıb və nəhayət, 2024-cü ilin sentyabrında başa çatıb.

Qeyd edək ki, dekabrın 5-dən 6-dək Maltada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu