Kavelaşvili Aİ-dən qarşılıqlı hörmət və şəffaflığa əsaslanan yanaşma tələb etdi


Gürcüstanın 6-cı prezidenti seçilmiş Mixail Kavelaşvili ölkəsinin Avropa İttifaqına (Aİ) inteqrasiyasının Gürcüstanın marağında olduğunu və Aİ-dən qarşılıqlı hörmət və şəffaflığa əsaslanan yanaşma tələb etdiklərini bəyan edib.



Gürcüstan parlamentində yaradılan 300 nəfərlik Seçki Şurası tərəfindən dünən ölkənin 6-cı prezidenti seçilən Kavelaşvili "İmedi TV" telekanalına müsahibəsində Gürcüstan-Avropa İttifaqı münasibətlərini dəyərləndirib.

Kavelaşvili noyabrın 28-də başlayan və baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Aİ-yə üzvlük danışıqlarının başlamasının 4 il müddətinə dayandırılmasına qarşı bu günə qədər davam edən nümayişlərə də toxunub.

Kobaxidzenin qərarını müdafiə edən Kavelaşvili bildirib ki, Tbilisi hökuməti Gürcüstanın Aİ-yə inteqrasiyasını dayandırmayıb, sadəcə olaraq Aİ-dən qarşılıqlı hörmət tələb edib.

AB-ni Tbilisi administrasiyasına qarşı bəzi qərarları qəbul etməkdə və ikili standartlar tətbiq etməkdə günahlandıran Kavelaşvili, Aİ-dən qarşılıqlı hörmət və şəffaflığa əsaslanan yanaşma tələb etdiklərini ifadə edib.

Mixail Kavelaşvili Gürcüstanın Aİ-yə üzv olmaq istədiyini, lakin bunun milli dəyərləri qorumaqla edilməli olduğunu vurğulayıb.

Kavelaşvili qeyd edib ki, baş nazir Kobaxidze Aİ həqiqətən hazır olduqda Gürcüstanın ittifaqa daxil olması ilə bağlı danışıqlara başlayacaq prosesi müzakirə etmək üçün müvafiq sənədi imzalamağa hazırdır.

Qeyd edək ki, 1992-2002-ci illərdə Gürcüstan Milli Futbol Komandasında çıxış edən və 2016-cı ildən parlament üzvü olan Mixeil Kavelaşvili dünən parlamentdə yaradılan 300 nəfərlik Seçki Şurası tərəfindən ölkənin 6-cı prezidenti seçilib.

Hakim “Gürcü arzusu” partiyasından namizədliyi irəli sürülən Kavelaşvili seçkilərdə yeganə namizəd kimi iştirak edib.

Ölkə tarixində ilk dəfə olaraq prezident 300 nəfərlik Seçicilər Kollegiyası tərəfindən seçilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu