Qrenlandiya ABŞ-ın hərbi mövcudluğunun əleyhinə olmayacaq
Qrenlandiya xalqı ABŞ-ın hərbi mövcudluğunun gücləndirilməsinin əleyhinə olmayacaq, çünki bu, mövcud razılaşmalarla izah olunur.
Bu barədə Qrenlandiya parlamentinin üzvü, parlamentdəki ən böyük müxalifət partiyası olan Nalerakanın sədri, adanın Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Pele Broberq bildirib.
“Biz Amerikanın mövcudluğunun gücləndirilməsinə etiraz etməyəcəyik. Bu, artıq müqavilədə yazılıb. İstədiklərini edə bilərlər. 2004-cü il İkşilo müqaviləsinə görə, onlar bizə aid olan işləri bizsiz də edə bilərlər” deyə siyasətçi bildirib.
Broberq qeyd edib ki, ABŞ ordusu bu barədə ölkənin hakimiyyət orqanlarına məlumat verməlidir, lakin ABŞ ordusunun mövcudluğunun hər hansı artırılması üçün birbaşa razılıq tələb olunmur.