Pentaqon müharibələrin qarşısını almaq üçün büdcədən 50 milyard dollar ayıracaq


Pentaqon rəhbərliyi hərbi departamentin büdcəsindən 50 milyard dolları ABŞ prezidenti Donald Trampın müəyyən etdiyi prioritet sahələrə, o cümlədən müharibələrin qarşısını almaq və qalib gəlmək üçün ayıracaq.


AFN.az xəbər verir ki, bu barədə müdafiə nazirinin müavini vəzifəsini icra edən Robert Salessesin bəyanatında deyilir.

Sənəddə qeyd edilir ki, Pentaqon rəhbəri Pit Heqset tabeliyində olanlara ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası tərəfindən hazırlanmış 2026-cı maliyyə ili üçün büdcəni təhlil etməyi və hansı xərclərin Baydenin aşağı dəyərli və aşağı prioritet proqramlarından Prezident Trampın prioritetlərinə uyğun olaraq yönləndirilə biləcəyini müəyyən etməyi tapşırıb. Qeyd olunur ki, büdcənin 8%-nin yenidən bölüşdürülməsi planlaşdırılır ki, bu da ümumilikdə təxminən 50 milyard dollar təşkil edir. Pentaqonun baş qərargah rəisinin müavini bildirir ki, departament müharibələrin qarşısını almaq və qalib gəlmək daxil olmaqla, yönləndirilə bilən xərc maddələrinin siyahısını hazırlayacaq.

Salesses Müdafiə Nazirliyinin iqlim dəyişikliyi, bürokratiyanın genişləndirilməsi və Müxtəliflik, Bərabərlik və İnklüzivliyin (DEI) inkişafı ilə bağlı proqramlar da daxil olmaqla lazımsız xərcləri dayandıracağını bildirib. O qeyd edib ki, boşaldılan vəsait xüsusilə sərhədlərin mühafizəsinə və yeni Dəmir Günbəz raketdən müdafiə sisteminin yaradılmasına yönəldiləcək.

“The Washington Post” qəzeti yazıb ki, Heqset qarşıdakı beş il ərzində ordunun büdcəsini hər il 8 faiz azaltmaq planına göstəriş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu