Cənubi Koreya Hərbi Hava Qüvvələrinin pilotu səhvən kəndə bomba atıb


Hərbi poliqon yaxınlığında Cənubi Koreya kəndinə hava bombalarının atılması pilotun səhvi ucbatından baş verib.


AFN.az xəbər verir ki, bu barədə Koreya Respublikası Hərbi Hava Qüvvələrinə istinadən "Yonhap" agentliyi məlumat yayıb.

"Pilotun ifadəsindən biz müəyyən etdik ki, o, uçuşa hazırlıq zamanı səhv koordinatları daxil edib", - Hərbi Hava Qüvvələrinin sözçüsü bildirib. O izah edib ki, poliqonda məşq zamanı pilotun təkcə koordinatları daxil etmədiyi, həm də gözləri ilə hədəfi təsdiqlədiyi güman edilir. Hadisə nəticəsində azı 15 nəfər yaralanıb.

Mərmilər Poçeon şəhərinin İdonq rayonundakı Noqok kəndinin küçəsinə düşüb və kilsə də daxil olmaqla azı 7 binaya ziyan vurub. Bu şəhərin yaxınlığında Koreya Respublikası ilə ABŞ arasında canlı atəş təlimlərinin keçirildiyi təlim poliqonu var. Bu manevrlərə tanklar, haubitsalar, helikopterlər və döyüş təyyarələri də daxil olmaqla 160-a yaxın texnika cəlb olunub.

Partlayış zamanı kiçik yük maşını yaxınlıqda hərəkət edirmiş və onun sərnişinlərindən ikisinin yaralı olduğu bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu