İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatına hazırlaşır

İsrail hakimiyyəti Qəzza zolağında genişmiqyaslı quru əməliyyatı planlaşdırır.
AFN.az xəbər verir ki, bu barədə "Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, İsrail rəhbərliyi Fələstin anklavının əhəmiyyətli hissəsinin ələ keçirilməsi və saxlanmasının ona radikal HƏMAS hərəkatı üzərində yekun qələbəyə nail olmağa imkan verəcəyini düşünür. Nəşrin yazdığına görə, İsrailin baş naziri Benyamin Netanyahu və onun yaxın ətrafı hesab edir ki, Amerikanın yeni administrasiyasının hücum hərəkətlərinin dəstəyi və Livanda şiə Hizbullah təşkilatının zəifləməsi ilə İsrail ordusu həlledici hərbi əməliyyatlar keçirmək üçün kifayət qədər imkanlara malikdir.
Eyni zamanda, HƏMAS üzərində yekun qələbəyə nail olmaq üçün İsrail hərəkatın yeraltı tunellər sistemini və digər infrastruktur obyektlərini tamamilə məhv etməli olacaq ki, bu da bir neçə ay, hətta illərlə çəkə bilər. Netanyahunun yeni strategiyasının əleyhdarları hesab edirlər ki, münaqişənin siyasi həlli olmadan radikal təşkilatı sıradan çıxarmaq sadəcə mümkün olmayacaq.