ABŞ və Çin arasında ticarət müharibəsi şiddətlənir


Çin ABŞ ilə artan ticarət gərginliyində ABŞ-dan idxal edilən məhsullara vergini 84 faizə qaldıracağını açıqlayıb.



Ağ Evin sözçüsü Karolin Livit Çinin qisas almasını səhv olaraq səciyyələndirərək, "Amerikaya yumruq dəyəndə prezident daha sərt cavab verir. Bu səbəbdən Çinə tətbiq edilən 104 faizlik tariflər bu gecə yarısı qüvvəyə minəcək" deyib.

Pekin administrasiyasının yeni tarifə reaksiyası gecikməyib.

Çinin ABŞ-a 84 faiz gömrük rüsumu tətbiq edəcəyi açıqlanıb. Tarif sabahdan qüvvədə olacaq.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien "ABŞ tariflərdən istifadə edərək Çinə təzyiq göstərməyə çalışır. Çin heç vaxt bu zorba davranışına boyun əyməyəcək" deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu