Kanadada seçki günüdür


Kanadada ümumi seçkilərdə səslərin hesablanması davam edərkən, qeyri-rəsmi nəticələrə görə, hakim Liberal Partiyası birinci, Mühafizəkarlar Partiyası ikinci yerdədir.


Kanadanın CBC telekanalının ölkədə səsvermə prosesi başa çatdıqdan sonra paylaşdığı ilk qeyri-rəsmi nəticələrə görə, baş nazir Mark Karninin rəhbərlik etdiyi Liberal Partiyası 48,1 faiz səslə seçkilərdə liderdir.

Pierre Poilievrenin rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası 42 faiz səslə ikinci, Kvebek Bloku Partiyası isə 7 faiz səslə üçüncü yerdədir.

Keçmiş baş nazir Castin Trüdonun 2015-ci ildə tutduğu vəzifədən istefa verdiyi və estafeti martın 14-də təhvil verdiyi Liberal Partiyasının lideri Karni son sorğulara görə qalib çıxması gözlənilən ən güclü namizəd kimi görünür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu