Türkiyə Netanyahunun təyyarəsinə öz hava məkanından istifadəyə icazə verdi

Türkiyə İsrail Baş naziri Benyamin Netanyahunun təyyarəsinin Azərbaycana səfər üçün öz hava məkanından istifadəyə icazə verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “AIA Global News” (“Azerbaijani-Israeli Alliance Global News”) portalı yayıb.
“İsrail Baş naziri mayın 7-si axşam saatlarında “Kanaf Zion” adlı hökumət təyyarəsi ilə Azərbaycana yollanacaq”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, “The Times of Israel” portalı Netanyahunun Azərbaycana səfərinin 5 gün davam edəcəyini bildirib.