Durov Rumıniya seçkilərinə müdaxilə təklifi ilə bağlı ifadə verməyə hazırdır


Telegram-ın həmtəsisçisi Pavel Durov Rumıniyada keçirilən prezident seçkilərinə kənar müdaxilə təklifi ilə bağlı ifadə verməyə hazır olduğunu bildirib.

AFN.az xəbər verir ki, Durov bu barədə X hesabında yazıb.

“Bu, Rumıniya demokratiyasına kömək edəcəksə, mən gəlib ifadə verməyə hazıram” - deyə Durov prezident seçkilərinin ikinci turunda avropapərəst müstəqil namizəd Nikusor Dana uduzan müxalif millətçi Rumıniya Alyansının lideri George Simionun postuna cavab olaraq yazıb. Simion öz postunda dövlət və qeyri-dövlət subyektlərinin kənar müdaxilələri səbəbindən səsvermənin nəticələrinin ləğv edilməsini tələb edir.

Bundan əlavə, Simion iddia edir ki, seçkilər zamanı səslərin Dan-a əlavə edildiyi bütün saxtalaşdırma mexanizmi mövcud olub. Rumıniya Alyansının lideri Durovun ifadəsinə istinad edərək, “Fransa dövlətinin də seçkiyə müdaxiləsi” olduğunu bildirib.

Rumıniyanın Mərkəzi Seçki Bürosu prezident seçkilərinin ikinci turunun yekun nəticəsinə əsasən Danın 6 milyon 168 min 642, Simionun isə 5 milyon 339 min 53 səs topladığını açıqlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu