Liviya ABŞ-ın fələstinliləri öz ərazisinə köçürmək planını rədd edir


Liviya xalqının razılığı olmadan ölkə ərazisindən istifadə cəhdləri rədd edilir



AFN.az xəbər verir ki, bu barədə TASS-a ABŞ-ın keçmiş prezidenti Donald Tramp administrasiyasının Qəzza zolağından fələstinlilərin Liviyaya köçürülməsi planıilə bağlı xəbərləri şərh edərkən Liviya Prezident Şurasının nümayəndəsiməlumat verib.



Liviya xalqının razılığı olmadan regional problemlərin həlli üçün ölkə ərazisindən istifadə cəhdlərini qətiyyətlə rədd edirik. Belə planların həyata keçirilməsi Liviyanın suverenliyinin pozulmasına səbəb olacaq və həm humanitar, həm də hüquqi böhranları dərinləşdirəcək”, – deyə nümayəndə bildirib.



O əlavə edib ki, Fələstin məsələsi fələstinlilərin başqa ölkələrə köçürülməsi ilə deyil, 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövləti yaradılması ilə həll olunmalıdır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu