Tramp: Rusiya-Ukrayna əsir mübadiləsi qısa müddətdə həyata keçiriləcək

ABŞ Prezidenti Donald Tramp İstanbulda razılaşdırılan Rusiya-Ukrayna əsir mübadiləsi prosesinin artıq tamamlandığını və tezliklə həyata keçiriləcəyini bildirib.
Tramp bu barədə "Truth Social" platformasında etdiyi paylaşımda belə yazıb:
“Rusiya ilə Ukrayna arasında böyük bir əsir mübadiləsi tamamlandı. Qısa müddət ərzində həyata keçiriləcək”.
O, Rusiya və Ukrayna nümayəndə heyətlərini danışıqlar səbəbilə təbrik edərək, bu mübadilənin daha genişmiqyaslı inkişaflara zəmin yarada biləcəyinə işarə edib.