Kreml Ukrayna danışıqları üçün İstanbul variantını nəzərdən keçirir

Kreml İstanbulu Ukrayna ilə danışıqların növbəti mərhələsi üçün mümkün məkan kimi nəzərdən keçirir.
AFN.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O, Rusiya Federasiyası üçün hansı məkanların üstünlük təşkil etməsi ilə bağlı sualı cavablandırıb: “Birinci turun keçirildiyi yer. Qalanı qarşılıqlı razılaşma məsələsidir. İstanbulun növbəti raundun keçiriləcəyi yer kimi qəbul edilib-edilməməsinə gəlincə, bu, müzakirə olunur".