Tramp CNN jurnalistini təhqir etdi: İt kimi...


Nataşa Bertrand CNN-dən qovulmalıdır!



AFN.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə yazıb.



“Mən onun 3 gün ərzində saxta xəbərlər verdiyini izlədim. Onu dərhal danlamaq və sonra “it kimi” qovmaq lazımdır. O, nüvə obyektləri barədə yalan danışdı, pilotlarımızı pis göstərməyə çalışdı, halbuki əslində onlar möhtəşəm iş gördülər və “qızıl damarına” tuş gəldilər" - deyə Tramp qeyd edib.



Əlavə edib ki, onun (Nataşa Bertrandın) CNN-də işləməsinə icazə verilməməlidir: “Məhz onun kimi insanlar bir vaxtlar böyük şəbəkənin reputasiyasını məhv ediblər”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu