Tramp Çin, Şimali Koreya və Rusiyanı ABŞ-a qarşı tələ qurmaqda ittiham etdi


ABŞ Prezidenti Donald Tramp Çinin hərbi gücünü nümayiş etdirdiyi paradın keçirildiyi dövrdə Çin, Şimali Koreya və Rusiya liderlərini ölkəsinə qarşı tələ qurmaqda ittiham edib.

“Cavab verilməli olan ən mühüm sual, Çin prezidenti Sinin ABŞ-ın Çinə xarici işğalçıdan azadlığını təmin etmək üçün verdiyi böyük dəstəkdən və qan tökməsindən danışıb-danışmayacağıdır”, - deyə Tramp sosial mediada qeyd edib.

O, Çinin zəfər mübarizəsində bir çox amerikalının həyatını itirdiyini qeyd edərək, onların cəsarət və fədakarlıqlarının haqlı olaraq hörmətlə yad olunacağını ümid etdiyini vurğulayıb.

Tramp Çin, Şimali Koreya və Rusiya liderlərini ABŞ-a qarşı tələ qurmaqda ittiham edərək əlavə edib ki, “Qoy Prezident Si və böyük Çin xalqı gözəl və davamlı bir bayram günü keçirsin: ABŞ-a qarşı tələ qurarkən zəhmət olmasa (Rusiya Prezidenti) Vladimir Putin və (Şimali Koreya lideri) Kim Çen Inə ən səmimi salamlarımı çatdırın”.

Qeyd edək ki, bu açıqlama 3 sentyabrda Çin-in II Dünya Müharibəsinin bitməsinin 80-ci ildönümü münasibətilə Pekindəki Tiananmen Meydanında keçiriləcək böyük hərbi parad ərəfəsində yayımlanıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu